BaşlıcaSiyasət

“Rosatom”:  “Buşehr AES-ə endirilən zərbə müdafiə xəttini hədəf alıb: rus mütəxəssislər İrandan Yerevan vasitəsilə ayrılacaqlar”

Aprelin 4-də İranın “Buşehr” atom elektrik stansiyasının (AES) ərazisinə endirilən zərbə faktiki olaraq stansiyanın müdafiə xəttini (perimetrini) hədəf alıb.

 Bu barədə “RİA Novosti” agentliyi “Rosatom”un rəhbəri Aleksey Lixaçova istinadən məlumat verir.

Lixaçovun sözlərinə görə, son zərbə səbəbindən atom elektrik stansiyasından 198 nəfər təxliyə edilib. O, həmçinin əlavə edib ki, “Buşəhr” AES-dən təxliyə olunan rus mütəxəssislərin növbəti uçuşu Yerevan hava limanından planlaşdırılıb.

“Adətən Ermənistan hökuməti ilə əməkdaşlıq bizim üçün çox rahatdır, çünki bu regiondan ayrılan tərəfdaşlarımız məhz Yerevan hava limanından yola düşəcəklər” — deyə “Rosatom” rəhbəri bildirib.

O, həmçinin beynəlxalq birliyin bu son zərbəyə narahatlıqla reaksiya verdiyini qeyd edib:

“Beynəlxalq birlik, təbii ki, baş verənlərə narahatlıqla reaksiya verdi. MAQATE-nin baş direktoru bəyanatla çıxış etdi. Tərəfdaşlarımızla çoxsaylı təmaslar, telefon zəngləri və elektron məktublar artan narahatlıqdan xəbər verir.

Münaqişənin eskalasiya meyli hər kəsdə ciddi ehtiyatlılıq hissi yaradır” — deyə Lixaçov jurnalistlərə açıqlamasında vurğulayıb.

Xatırladaq ki, “Buşehr” AES-in ərazisinə endirilən son zərbə nəticəsində bir əməkdaş həlak olmuşdu.

Daha çox göstər
Back to top button