BaşlıcaSiyasət

Bloomberg: “Ermənistandakı sammitlər Avropa, Tramp və Putin arasında nüfuz uğrunda rəqabəti nümayiş etdirir”

Bloomberg yazır ki, Ermənistanda keçirilən qoşa Avropa sammiti strateji əhəmiyyətli Qafqaz regionunda dünya gücləri arasında nüfuz uğrunda mübarizənin kəskinləşməsindən xəbər verir.

Ermənistan və Azərbaycan arasındakı çoxillik münaqişənin başa çatması, Avropa və Asiyanı birləşdirən dar quru dəhlizindən keçən enerji və ticarət yolları üzərində dominantlıq uğrunda rəqabəti gücləndirir.

Yaxın Şərq və Ukraynadakı müharibələr Qafqazın əhəmiyyətini artırır. Uzun müddət regionda hakim güc olan Rusiya indi ABŞ (Prezident Donald Tramp Ermənistanda yeni nəqliyyat-enerji dəhlizini irəli sürür), eləcə də Türkiyə, Avropa Birliyi və Çin tərəfindən artan rəqabətlə üzləşir.

Sülh Qafqazda yeni ticarət yolu aça bilər

ABŞ, TRIPP dəhlizinin inkişafı üçün müstəsna hüquqlar əldə edib. İrəvanda keçirilən ASB görüşündə 48 ölkənin lideri iqtisadi və enerji təhlükəsizliyini müzakirə edir.

 Kanada Baş naziri Mark Karninin iştirakı, Tramp dövründə ABŞ və onun ənənəvi müttəfiqləri arasındakı gərginliyin göstəricisidir.

Növbəti gün isə AB və Ermənistan tarixində ilk sammit keçiriləcək. Brüssel Ermənistanla təxminən 2,5 milyard avroluq maliyyə paketi daxil olmaqla “qarşılıqlı bağlılıq tərəfdaşlığı” (connectivity partnership) imzalamağı planlaşdırır.

Məqsəd, Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə münasibətlərin istiləşməsindən sonra nəqliyyat, enerji və rəqəmsal əlaqələri dəstəkləməkdir.

Dərin iqtisadi maraqlar

ABŞ-ın dəstəyi ilə yaradılan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi, avqustda Ağ Evdə Paşinyan və Əliyevlə aparılan danışıqlardan sonra ortaya çıxıb.

Bu layihə ABŞ-a Azərbaycanı Naxçıvanla birləşdirən və Ermənistanın cənubundan keçən dəmir yolu və avtomobil yolunun idarə edilməsində 99 illik iqtisadi hüquqlar verir.

Rusiya isə narazılığını gizlətmir. Prezident Putin Paşinyana bildirib ki, eyni zamanda həm AB ilə gömrük ittifaqında, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzv olmaq qeyri-mümkündür.

Ekspertlər bunu Ermənistana qarşı “birbaşa təhdid” kimi qiymətləndirirlər.

Daha çox göstər
Back to top button