Beynəlxalq
AI Şurası Cənubi Qafqazda xüsusi nümayəndəsinin mandatının vaxtını uzadıb

Aİ Şurası Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayənədsi Herbert Zalberin mandatının vaxtını 30 iyun 2018-ci ilə qədər uzadıb.
Aİ Şurasının mətbuat xidmətindən verilən məlumata görə, Aİ Şurası 1 mart 2017-ci ildən 30 iyun 2018-ci ilə qədər Aİ xüsusi nümayəndəsinin mandatı ilə bağlı xərclər üçün 2.99 milyon avro ayırıb.
“Mandatın məqsədi Aİ və regiondakı əsas siyasi qüvvələr, hökumətlər, parlamentlər, məhkəmə sistemləri və vətəndaş cəmmiyətləri arasında diyaloqların inkişaf etdirilməsidir”-deyə Aİ Şurasının qərarında qeyd edilir.
Eynı qərarla Aİ Şurası Sahel, Mərkəzi Asiya ölkələrindəki xüsusi nümayəndələrinin mandat müddətini uzatdı.






