Siyasət

“Azadlıq radiosu”-nun, “Azadlıq” qəzetinin və Meydan.Tv-nin saytları bloklanıb

Azərbaycanda saytları bloklanmış müxalif nəşrlərin sayı artır.

Saat 17.00 –yə  ən populyar müxalif  saytlara – azadlıg.org, azadliq.info və Meydan.Tv –yə giriş məhdudlaşdırılmışdır.

Bu nəşrlərin əmakdaşlarının Turana verdiyi məlumata görə, xaricdən saytlara problemsiz daxil olmaq olur.

Ehtimal etmək olar ki, saytların bloklanmasının səbəbi ali hakimiyyəti  və xüsusilədə 1-ci vitse-prezidentin təyin olunmasını   tənqid etmələrindədir.

Bazar ertəsi saat 15:00-a yaxın “Azadlıq” radiosunun Azərbaycan xidmətinin saytı  (http://www.azadliq.org/)  bloklanıb. Yalnız Azərbaycan ərazisində sayta daxil olmaq mümkün deyil.

Praqada yerləşən xidmətin əməkdaşları məsələ ilə bağlı hər hansı bəyanat verməyiblər.

Saytın bloklanması birinci dəfə deyil. Son aylar ən azı üç dəfə belə olub.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baş verənlərinilrminaçkar edi, səbəblərini izah etmək üün bütün yrxniki imkanları var.yiblər.dib.rırlar.yi ” səbəblərini açıqlaya bilməyib, halbuki, problemi aşkar edərək səbəbləri aydınlaşdırmaq üçün bütün texniki imkanları var.

Bu, müşahidəçilərə belə düşünməyə əsas verir ki, “Azadlıq”  və “Amerikanın səsi” radiolarının Azərbaycan xidmətləri hakimiyyətin göstərişi ilə bloklanır.

Xatırladaq ki, 2016-cı ilin sentyabr referendumundan öncə və sonra sözügedən saytlar uzun müddətə bloklanmışdı. Belə ki, “Azadlıq” radiosu beynəlxalq jurnalistika şəbəkəsinin Azərbaycan hakimiyyətinin yüksək  eşelonlarında korrupsiya faktlarına dair hazırladığı materialı yaymışdı.

Daha çox göstər
Back to top button