Siyasət
Tigran Balayan: “Nalbandyan-Məmmədyarov görüşünün tarixi hələ məlum deyil”

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun görüş tarixi hələ məlum deyil.
Bu haqda “Aysor.am”-a müsahibəsində Ermənistan Respublıikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Tigran Balayan bildirib.
“Tarixi hələ müəyyən edilir”- deyə Tigran Balayan qeyd etdi.
İlkin məlumatlara görə, Nalbandyan-Məmmədyarov görüşü sentyabrın ikinci yarısında Nyu-Yorkda keçirilə bilər.







