
“Birgə proqramları, əməkdaşlığın səviyyəsini artıraraq Ermənistanla Rusiya arasında dialoqun inkişaf etdirilmısi çox vacibdir”- deyə Rusiya prezidenti Valdimir Putin Avrasiya Əmakdaşlığı üzrə ikinci beynəlxalq konfransında öz mesajında qeyd etdi.
Mesaj forumun təşkilatçıları tərəfindən nəşr olundu. Bunu forumda Rusiya Fedrasiyasının prezidentinin administrasiyasının Regionalarası və xarici ölkələr ilə mədəni əlaqələr üzrə şöbəsinin sədri Valdimir Çernov təqdim etdi.
“Ermənsitan-Rusiya regionalarası altıncı və Avrasiya Əməkdaşlığı üzrə ikinci beynəlxalq konfransının iştirakçılarını və qonaqlarını salamlayıram. Regiondakı ölkələrin effektiv əlaqələri ölkələrin əməkdaşlığı, iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq üçün möhkəm təməlidir. Birgə proqramları, əməkdaşlığın səviyyəsini artıraraq, Ermənistanla Rusiya arasında dialoqun inkişaf etdirilməsi çox vacibdir.
Bütün bunlar üçün Sizin bu görüşünüz böyük potensiala malikdir. Əminəm ki, konfrans zamanı Siz sənaye, kənd təsərrüfatı, turizm, informasiya texnologiaları sektronun inkişafı ilə bağlı proqramları müzakirə edəcəksiniz. İki ölkə arasında inamı, qarşılıqlı əməkdaşlığı və dostluğu gücləndirən yeni təkliflər təqdim olunacaq”- deyə mesajda qeyd edilir.







