Təhlil

D.Babayan: Azərbaycanda millətlərin öz müqəddəratını təyin etmək hüququ coğrafiyasının genişlənməsini görürlər

Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan “Tert.am”-ə müsahibədə Kataloniya müstəqilliyi ilə bağlı Azərbaycandakı reaksiyalara tooxunub. Davit Babayan deyib ki, Azərbaycanda qeyd olunan şərhlər Azərbaycanda anormal fenomenlərin olmasını göstərir. “Kataloniyada baş verən proseslərlə bağlı Artsaxda heç bir zaman bu cür histerik reaksiyalar olmayıb. Əksinə, çox balanslı yanaşmamız var idi. Azərbaycanda histerik mühit yaranmış, çünki görürlər ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ coğrafiyası genişlənir və yeni platformlarda yayılır. Bu səbəbdən də bu şəkildə davranırlar”.

Babayan beynəlxalq ictimaiyyətin reaksiyası haqqında danışanda qeyd edib ki, müxtəlif bəyanatlar olub. “Bu çox önəmlidir. Yəni, hüququn üstünlüyü olmalıdır və Azərbaycanda bu səbəbdən də histerik mühit yaranıb”.

Daha çox göstər
Back to top button