Siyasət

E. Nalbandyan: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında Aİ-nin mövqəyi həmişə eynidir”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında Aİ-nin mövqəyi həmişə eyni idi, onlar həmsədr ölkələrin səyləri və yanşmalarını dəstəkləyirlər. Bu haqda bu gün jurnalistlərə müsahibəsində ER xarici işlər naziri Edvard Nalbandyan bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin  nizamlanmasına zərər verməyəcək yaxşı düşünülmüş bir mövqədir”-deyə  ER xarici işlər naziri qeyd etdi.

Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlıq sammitinin ərəfəsində Ermənistan-Aİ sazişində Dağlıq Qarabağ münaqişəsinə dair maddənin hələ aydın olmadığı ilə bağlı sualına cavabında nazir Edvard Nalbandyan qeyd etdi: “Saziş haqqında danışıqlar hələ davam edir və danışıqların başa çatana qədər bu haqda bir şeyin elən edilməsi erkəndir. Hələ bir neçə gün var”

Daha çox göstər
Back to top button