Siyasət
Bir il ərzində Azərbaycanda 59 hərbiçi həlak olub

2017-ci ildə Azərbaycanda təhlükəsizlik və müdafiə sahəsində 59 nəfər həlak olub. İtkilərin 19-u döyüş itkisidir, 49 nəfər qeyri-döyüş şəraitində həlak olub, deyə “Xəzər” Hərbi Araşdırmalar Mərkəzinin hesabatında bildirilir.
Mənbənin məluatına görə, ötən il 17 hərbiçi yaralanıb.
Rəsmi mənbələr bu məlumatları şərh etmir.







