Siyasət

Fransua Roşbluanın iştirak etdiyi “Qarabağ-Fransa” dostluq qrupunun iclası keçirilib

Artsax Respublikası Parlamentinin sədri, “Qarabağ-Fransa” dostluq qrupunun rəhbəri Aşot Ğulyan bu gün “Fransa-Qarabağ” dostluq qrupunun sədri, Fransa Respublikası Parlamentinin deputatı Fransua Roşbluanı və onu müşayiət edən şəxsləri qəbul edib. Bu barədə Artsax Respublikası Parlamentinin mətbat xidməti məlumat verib.

Aşot Ğulyan qonaqları salamlayaraq “Fransa-Qarabağ” dostluq qrupunun siyasi fəaliyyətlərini və son vaxtlarda mədəniyyət və  humanitar sahələrdə edilən aktiv çalışmalarını qiymətləndirib.

Fransua Roşbluan isə, vurğulayıb ki, Artsaxda fransız dili və mədəniyyətinin inkişafı ikitərəfli əlaqələrin genişləndirməsində və gücləndirməsində ciddi stimul olacaq. “Fransa-Qarabağ” dostluq qrupunun sədri sərhəddəki vəziyyəti və Dağlıq Qarabağ Respublikasında başlanmış Konstitusiya islahatlar prosesi haqqında da soruşdu.

Görüş “Fransa-Qarabağ” dostluq qrupunun üzvlərinin iştirak ilə davam edildi. Tərəfər əməkdaşlıq sahələri və dostluq qrupu tərəfindən keçiriləcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button