BaşlıcaErməni Soyqırımıİctimaiyyət

“Erməni qadını soyqırımın qurbanı və qəhraman”: Soyqırımın amansız sınaqlarından keçmiş qadınların taleyini təqdim edən sərgi

Erməni Soyqırımının 109-cu ildönümünün ərəfəsində Erməni Soqırımı muzey-institutunun müvəqqəti sərgiləri zalında “Erməni qadını soyqırımın qurbanı və qəhraman” başlığı ilə müvəqqəti sərgi ictimaiyyətə təqdim olunub.

Erməni Soqırımı muzey-institutunun direktoru Edita Qzoyan qeyd edib ki, sərginin məqsədi Erməni Soyqırımı illərində erməni qadınının taleyini işıqlandırmaq, amma eyni zamanda onun qeyri-adi cəsarətini və dözümlülüyünü təqdim etməkdir.

Sərgidə türk vəhşiliklərindən keçərək erməni xalqının mübarizə, möhkəm iradə və dirçəliş simvoluna çevrilmiş erməni qadınlarının fərdi hekayələri təqdim olunur. Sərgidə soyqırım zamanı erməni qadınlarının başına gətirilən faciəvi epizodları tamamlayan və təqdim edən erməni qadınlarının fərdi hekayələri yer alıb” – deyə Erməni Soyqırımı muzey-institutunun direktoru qeyd edib.

Erməni Soyqırımı muzey-institutunun elmi işçisi, sərgilərin təşkilatçısı Seda Parsamyan qeyd edib ki, “Erməni qadını: soyqırım qurbanı və qəhrəman” başlığı sərgi təkcə soyqırım illərində amansız sınaqlardan keçmiş qadınların taleyini deyil, həm də onların qeyri-adi dözümlülüyü və cəsarəti təqdim etmək məqsədi daşıyır.

Sərgi aydın xronologiya ilə təqdim etməyə çalışdıq. Əvvəlcə 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasında erməni qadının obrazı təqdim edilir. Çoxsaylı eksponatlar – şəxsi əşyalar, geyimlər, zinət əşyaları, şəkillər və digər əşyalar vasitəsilə biz erməni qadınının ailədə, məişətdə, təhsil sahəsində necə olduğunu göstərməyə çalışdıq. Biz həmçinin qadın hüquqları ilə bağlı məsələləri qaldırmağa çalışdıq.

Sərginin əsasında iki çox vacib vurğu var. Söhbət qurban və qəhrəman anlayışının geniş təsvirindən gedir. Bu sərgidə təkcə işgəncələrə məruz qalmış və öldürülmüş qadınlar deyil, həm də deportasiya zamanı oğurlanan, satılan, qul edilən, müxtəlif zorakılıqlara məruz qalan qadınlar da nümayiş etdirilir”-deyə o bildirib.

Seda Parsamyan vurğulayıb ki, ondan çox hekayə var və onlardan hər biri Erməni Soyqırımının bir epizodunu təmsil edir. Onun sözlərinə görə, Erməni Soyqırımı illərində qadın mövzusu heç vaxt Erməni Soyqırımı muzey-institutu tərəfindən bu qədər geniş işıqlandırılmayıb.

Parsamyan qeyd edib ki, Erməni Soyqırımı muzey-institutunun muzey eksponatları, eləcə də digər muzeylərimizdə olan digər nümunələr istifadə olunub.

Daha çox göstər
Back to top button