Siyasət

Qaçaqmalçı etiraf edib ki, MTN generalına yarım milyon dollar verib

Çərşənbə günü Sabunçu rayon məhkəməsində keçmiş MTN generalı Akif Çovdarov və onun tabeliyində olan üç şəxsin işi üzrə məhkəmə davam edib.

Prosesdə zərərçəkmiş Şahmar Qurbanov çıxış edib. O etiraf edib ki, qızıl qaçaqmalçılığı ilə məşğul olurdu. MTN əməkdaşları tərəfindən saxlanılıb və məsuliyyətdən qurtulmaq üçün dövlət təhlükəsizliyi işçilərinə, xüsusən Çovdarova 500 min dollar verib.

O, həmçinin bildirib ki, puldan başqa Çovdarova ümumi dəyəri 300 min dollar olan brilliant verib. O, məhkəmənin ona dəymiş ziyanı ödəməsini tələb edib.

Proses davam edir. Qeyd edək ki, ümumilikdə MTN-in 20-dən çox baş zabiti, o cümlədən üç generalı həbsdədir.

Bu epizod üzrə Çovdarovun qrupu 33 mln. manatdan çox vəsaiti mənimsəməkdə və oğurlamaqda ittiham olunur. Məhkəmə Çovdarovun ümumi dəyəri 33 mln. manatdan çox olan əmlakına həbs qoyub.

Daha çox göstər
Back to top button