İsrail Aleksandr Lapşinin Azərbaycana ekstriadisiyasına qarşıdır

Rəsmi mövqe olaraq, İsrail bloqqerin ekstradisiyasının əleyhinədir.
Bu haqda NEWS.am-in müxbirinə müsahibədə İsrailin Minskdəki səfir müavini Yuliya Raçinski-Spivakova bildirib.
Diplomatik missiyasının nümayəndəsinin sözlərinə görə, İsrail Belarus və Rusiya əməkdaşları ilə (Lapşin həm də Rusiya vətəndaşıdır) bu istiqamətdə səy göstərməyə davam edəcək.
O xatırlatdı ki, səfirlik qanuni əməliyyatlara müdaxilə etmək səlahiyyətinə malik deyil və Aleksandr Lapşinə yalnız konsultativ yardım edə bilər. “Bildiyim qədəri ilə Lapşinin vəkilləri Prokurorluğun qərarına qarşı şikayət edəcəklər”,-deyə səfirliyin nümayəndəsi vurğulayıb.
Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahısı”na daxil etib və ekstradisiya olunmasını tələb edirdi.
Yanvarın 17-də Belarus Prokurorluğu Aleksandr Lapşinin ekstradisiyasına dair Azərbaycan hakimiyyətinin tələbi təsdiq edib. Qeyd olunmalıdır ki, Belarus Prokurorluğu bu məlumatı gizləmişdi.







