Ekonomika

‘Fitch’ ‘PAŞA Bank’ın reytinqini aşağıda saxladı

Fitch Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli defolt reytinqini dəyişməyib. Bankın reytinq səviyyəsi “B+” (yüksək dərəcədə spekulyativ) dərəcəsində saxlanıb.

Bu haqda agentliyin yaydığı press-relizində bildirilir.

Bankın qısamüddətli defolt reytinqi “B” səviyyəsində təsdiqlənib. Bankın dayanıqlıq reytinqi də “b+” səviyyəsindədir.

‘Fitch’ “PAŞA Bank”ın reytinqinin aşağı səviyyədə saxlanmasının səbəblərinə də aydınlıq gətirib. Agentlik Azərbaycan Beynəlxalq Bankı (ABB) olayını xatırladıb. ‘Fitch’in rəyinə görə, Azərbaycanın ən iri və dövlət bankı olan ABB-nin defolt olması durumunda, daha az önəmə sahib, özəl sərmayəli banklar güvənilən deyil.

Agentlik eyni zamanda onun sistem əhəmiyyətli banklardan olmasına da toxunub.

Qeyd edib ki, “PAŞA Bank” ölkədəki ən böyük özəl sərmayəli bankçılıq qrupunun bir hissəsidir, “Kapital Bank”la birlikdə bu sektorun təxminən 27 faizinə sahibdir.

Daha çox göstər
Back to top button