Səfir: İran həmişə Ermənistanın yanında olub və olacaq

Tert.am-ə müsahibədə İran islam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Seyed Kazam Sacadin qeyd edib ki, İran qonşu ölkələri ilə dostluq əlaqələrinə əhəmiyyət verir və Ermənistan-İran Avrasiya İqtisadi Birliyi ilə bütün dünyaya b irgə istəhsallarını təqdim edə bilərlər.
Səfir qeyd edib ki, İranda Ermənistan-Ekspo sərgisi təşkil olunur və iranlılara erməni istəhsalları təqdim ediləcək. Nəticədə isə, ticari-iqtisadi əməkdaşlığı inkişaf edəcək, turistlərin sayı da artacaq.
“İran turistlərinin ermənistana böyük axını var. Onlar ermənistanla maraqlanırlar. Şimal-Cənub yolunu yaxşılaşdırmaq lazımdır. Sonra isə, insanlara öz avtomobillərilə asan şəkildə gedib gəlməyə imkanı veriləcək.
O, Tert.am-in energetik sahəsində əməkdaşlığı ilə bağlı sualına cavab olaraq deyib ki, İranın Ermənistana qaz tədarük etməsi mümkündür. O qeyd edib ki, “Biz danışıqlar apardıq. Baş nazirin səfərində müxtəlif məsələlər müzakirə olunacaq. İran həmişə sizin yanınınzda olub və olmağa davam edəcək”.







