
“Dağlıq Qarabağ xalqı Katalonun müstəqilliyi ilə bağlı referendumu alqışlayır”. Bu barədə “Azatutyun” a müsahibəsində Dağlıq Qarabağ Prezidentinin iş heyəti üzrə rəhbəri David Babayan məlumat verib.
“Bu referendum bir hadisə olaraq bizim üçün çox vacibdir. Ümumiyyətlə, xalqların öz müqəddəratını təyin etmək hüququ təkzibolunmaz bir haqqdır ki, onu əbədi dayandırmaq mümkünsüzdür və ya dayandırmağa çalışsa da mümkün ola bilməz.
Biz bunu Kataloniyanın nümunəsiylə görürük.Artsaxdan fərqli olaraq İspaniya tərəfindən o böyük təzyiqlərə məruz qalmayıb. Hər halda bütün bunlara baxmayaraqbu insanlar öz müqəddaratını öz iradəsiylə müəyyən etmək istəyir.
Referendum keçirilir leqitim olaraq demokratiya prosessi kimi onu həyata keçirirlər.Təbii olaraq biz həmin yolu keçməklə onu alqışlamaya bilmərik”-deyərək Babayan bəyan edib. Davit Babayanın sözlərinə görə, Dağlıq Qarabağda həmin hadisələri diqqətlə izləməkdədir və məsələnin sülhlə həllinin tərəfdarıdırlar.







