BaşlıcaBeynəlxalq

ER Prezidenti, parlament sədri və Müdafiə naziri Moskvaya gedəcək

ER Prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Moskvaya gedəcək .Bu haqda Rusiyada Ermənistanın səfiri Vardan Toğanyan bəyan edib.
“Biz Rusiyada Ermənistan Mədəniyyət günlərinin açılışı mərasimində iştirak etmək üçün ölkə Prezidentinin gəlişini gözləyirik”-deyə V. Toğoyan Moskvada keçirilən mətbuat icmalı ərzində bəyan edib.
O, qeyd edib ki, tədbirlərdə həmçinin rəsmi nümayəndələr də iştirak edəcək.
“Marşal Bağramyanın 120 illiyi tədbirlərində iştirak etmək üçün Rusiyaya eləcə də ER Müdafiə naziri Viqen Sarkisyan səfər edəcəkdir.
Təntənəli açılış mərasimində həmçinin Ermənistan Prezidentinin səfərini ehtimal edirik”- deyə V.Toğanyan bəyan edib.

Daha çox göstər
Back to top button