Avropa Şurasının Nazirlər komitəsi

Avropa Şurasının Nazirlər komitəsi dekabrın 5-də Azərbaycan tərəfindən Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş hökmün yerinə yetirilməməsi ilə bağlı misli görünməmiş məhkəmə prosesi başladıb. Bu barədə öz Facebook səhifəsində MP sədrinin müavini, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin rəhbəri Arpine Hovhannisyan yazıb.
“Keçmişdə Nazirlər komitəsi belə bir qərar qəbul etməyib. Bu iş azərbaycanlı müxalifətçi İlqar Məmmədov barədədir. 2014-cü ildən bəri həm Nazirlər komitəsi , həm də Parlament Assambleyası dəfələrlə qərarlar və formulalar qəbul edərək Azərbaycan hakimiyyətlərinə Məmmədovu azad etməyə çağırıb, amma Avropa İnsan Haqları Məhkəməsinin qərarından 3 il sonra da Məmmədov həbsxanada qalmağa davam edirdi.
Qeyd etməliyəm ki, ilk dəfə Azərbaycana qarşı bu misil görünməmiş qərarı reallaşdırmaq niyyətləri bu payızda səsləndi. Azərbaycana xəbərdarlıq edilib ki, noyabrın 29-ə qədər Avropa İnsan Haqları Məhkəməsinin qərarını yerinə yetirilməsə, Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasında istintaq başlanacaq. Amma Azərbaycan hakimiyyətləri Avropa İnsan Haqları Məhkəməsinin qərarı əvəzinə saxta ittihamlar səsləndirməyə üstünlük verdi”.






