Davit Babayan: “2017-ci ili Artsax üçün nisbətən sakit bir il idi”

2016-cı ilin Aprel Müharibəsinin düzəlməz itkilərini nəzərə alaraq, 2017-ci ili Artsax üçün nisbətən sakit bir il təsvir edə bilərik. “Panorama.am”a müsahibəsinidə Artsax Respublikasının Prezidentinin mətbuat katibi Davit Babayan qeyd etdi.
“Müharibə nəticələrini bütün 2017-ci ildə hiss etdik.Bu ildə də əsgərlər həlak olublar. Əlbəttə insan itkiləri heç bir şəkildə kompensasiya edilə bilməz, lakin ümumiyyətlə bu il 2016, 2015 və 2014-cü illər ilə müqayisədə nisbətən sakit idi”- deyə Davit Babayan qeyd etdi.
2017-ci ilin nailiyyətlərinə toxunaraq, Davit Babayan qeyd etdi ki, siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində bir sıra uğurlar əldə edilmişdir. Vardenis-Martuni yolunun rəsmi açılışı Artsax Respubliaksının Prezidentinin mətbuat katibi xüsusi bir nailiyyət kimi vurğulayıb.
“ABŞ Miçiqan ştatı tərəfindən Artsaxın tanınması, eləcə də Fransanın bir sıra şəhərlər ilə müqavilələrin imzalanması da əhəmiyyətli nailiyyət idi.
Əlbəttə, müdafiə və təhlükəsizlik sahələrində böyük işlər görüldü, sərhədlərimizi daha da gücləndirdik və məhz bunun sayəsində bu ildə ötən illərlə nisbətən az itkimiz olub. Keçən il ərzində Artsaxa səfər edən turistlərin sayı artıb, bu isə sübut edir ki, insanlar Artsaxda özlərini təhlükəsiz hiss edirlər. Bütün bunlar demək deyil ki, heç bir problemlərimiz yoxdur. Problemlər var, lakin onlar həll olunacaqlar”- deyə Davit Babayan qeyd etdi.
Davit Babayan vurğulayıb ki, 2017-ci ili Konstitusiya referandumu ilə qeyd olunub.







