Beynəlxalq

Əliyevi təqid edən azərbaycanlı jurnalkist Kiyevdən Bakıya ekstradisiya oluna bilər: CPJ Ukraynanı diqqətli olmağa çağırır

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Ukrayna hakimiyyətini jurnalist Fikrət Hüseynlinin ölkə ərazisini tərk etməsinə icazə verməyə çağırır. Bu barədə Komitənin rəsmi saytı məlumat yayıb.

Martın 5-də axşam saatlarında Kiyev şəhərində Azərbaycanın “Turan” informasiya agentliyinin jurnalisti Fikrət Hüseynlinin yaşadığı evə basqın olub, amma o, qaçmağa müvəffəq olub.

Hüseynli 14 oktyabr 2017-ci il tarixində Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın İnterpol xətti ilə verdiyi sorğu əsasında saxlanılıb. Azərbaycanda onu fırıldaqçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham edirlər. Oktyabrın 27-də Kiyevin Lukyanovski məhkəməsi Hüseynlini Ukrayna Ali Radasının deputatı Mikola Knyajitski və ictimai xadim Boris Zaxarovun xahişi ilə zaminə buraxılıb. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.

Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apelyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Etirazla bağlı məhkəmə təhqiqatı yanvarın 17-də başlayıb, amma dörd dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.

Hüseynli Jurnalistləri Müdafiə Komitəsi ilə söhbətində ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb. Jurnalist əmindir ki, onu qaçırıb Azərbaycan hakimiyyətinə təhvil vermək istəyirlər.

“Ukrayna hakimiyyətini jurnalist Fikrət Hüseynlinin sənədlərini dərhal qaytarmağa və onun bu ölkənin ərazisini tərk etməsinə icazə verməyə, Ukraynada jurnalistin təqibə məruz qalmasında təqsirli olan şəxsləri tapmağa və cəzalandırmağa çağırırıq”. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Təşkilatın əməkdaşı Nina Oqnyanovanın adından bəyanatda deyilir ki, Ukrayna prokurorluğu və Azərbaycan XİN JMK-nin siyasi mühacir olan və Niderland vətəndaşlığı olan Hüseynlinin işi üzrə sorğusuna cavab verməyib.

Daha çox göstər
Back to top button