Ermənistanın ixracatda AİB payı 10,7% təşkil edib

Ermənistandan ixracatda cari il iki aylar statistikasına görə, AİB payı 10.7%, digər ölkələrin isə 89.3% təşkil edib. Bu haqda ER Baş naziri Karen Karapetyan öz facebook səhifəsində yazıb.
İdxala gəlincə isə, AİB payı 12.7%, digər ölkələrinin isə 87.3% təşkil edib. “2017-2018-ci illərin yanvar-fevral aylarının müqayisəli nəticələri sübut edirlər ki, ixrac və idxal göstəricilərində artım olub. Xüsusilə, ixracat 39.9% (230 milyondan 322 milyon ABŞ dollar), idxal isə 51.2% (350 milyon ABŞ dollardan 530 milyon dollar) artıb”,-deyə Baş nazir yazıb.
Ermənistan iqtisadi aktivliyinin göstəricisi 2018-ci il yanvar-fevral aylarında keçən illə müqayisədə 8.6 faizlə artmışdı. Cari il iki aylarının göstəriciləri ilə kənd təsərrüfatının ümumi gəlirləri istisna olmaqla, əsas makroiqtisadi göstəricilərin artımı qeyd olunub.








