Siyasət

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işinin başına dönməyi planlaşdırır

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin səhhəti artıq yaxşıdır, qısa müddətdə işinin başına dönməyi planlaşdırır”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.

N. Həmzəyev bildirib ki, bu, E.Vəliyevə qarşı əvvəldən planlaşdırılmış bir terror niyyətinin nəticəsi idi. Qeyd edək ki, Yunus Səfərov adlı şəxs bu il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirdiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Daha çox göstər
Back to top button