İctimaiyyət

Gəncədə polisi qatillərindən biri icra hakimiyyətinin binası yaxınlığında yerləşən bir köşkdə satıcısı idi

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. APA-nın xəbərinə görə, məlumatda bildirilir:

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər – Gəncə şəhər sakinləri, 1988-ci il təvəllüdlü, əvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.

Vesti az xəbər verir ki, Fərrux Xəqani oğlu Qasımov sosyal şəbəkələrdə aktiv idi və dini videolar paylaşırdı. Gəncə hadisəsindən əvvəl o Kərbəlaya getmişdi. O, bir dindar olaraq həm də kriminal dünyasına yaxın idi. 2006-cı ildə  o, Lənkəranda Sərhəd Xidmətində xidmətə keçmişdi. Orta təhsili var. Bir müddət Gəncə icra hakimiyyətinin binası yaxınlığında yerləşən bir köşkdə satıcısı olmuşdu.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button