İctimaiyyət

Bakı suyun altında qaldı – FOTO/VİDEO

Azadliq.info yazır ki, ötən dövrlərdə olduğu kimi bu dəfə də leysan xarakterli yağışlar Bakıda həyatı iflic etdi. Bir daha bəlli oldu ki, bu tip hadisələrin nəticələrini istisna etmək üçün heç bir profilaktik tədbirlər görülməmişdir. Oxu.Az xəbər verir ki, yağışdan sonra paytaxtın mərkəzi küçələri suyun altında qalıb.

Yağış xüsusən paytaxtın mərkəzi küçələrində (Nizami, Füzuli) ciddi problemlərə səbəb olub. Yolları su basması maşınların hərəkətini çətinləşdirib. Həmçinin küçələr və yeraltı keçidlər piyadalar üçün də keçilməz olub.

Meydan TV-nin məlumatına görə, güclü yağış nəticəsində metronun “Nizami” stansiyası yaxınlığında köhnə yaşayış binasının eyvanı da uçub. Hadisə yerinə polislər gəlib, lakin sakinlər bildirir ki, onlar FHN-ə məlumat versələr də, bir səs çıxmayıb.
“Burada qəzalı vəziyyətdə olan, 112 ilin binasının eyvanı uçub. Evlər də pis vəziyyətdədir, suyun içindədir”.

Bakının küçələrində çəkilən fotoları diqqətinizə təqdim edirik.

 

Daha çox göstər
Back to top button