Başlıcaİctimaiyyət

Ermənistanın Xarici İşlər Nazirliyində koronavirusla bağlı görüş keçirilib

ER Xarici İşlər Nazirliyində fevralın 27-də səfrilərin iştirakı ilə konoravirusun qarşısını alınmasına dair görüş keçirilib. Bu barədə ER Xarici İşlər Nazirliyinin informasiya və ictimai diplomatiya söbəsindən məlumat verilib.

“Görüşdə ER xarici işlər nazir müavini Avet Adonts, ER səhhiyə naziri Arsen Torosyan və naizr müavini Lena Nanuşyan iştirak edib.

Nazir Torosyan koronavirusla mübarizədə ER hakimiyyətinin addımları təqdim etdi.

Görüşdə Çinin Ermənistndakı səfiri Tian Erelun da çıxış edərək, Çində koronaviursla bağlı statistikanı təqdim etdi.

İtaliyanın Ermənistandakı səfiri Vinçentso del Monako da İtaliyada koronoavirusla bağlı vəziyyəti təqdim etdi. Səfirin sözlərinə görə, ölkədə 400-dan çox  koronavirusa yoluxma halı qeydə alınıb.

BMT-nın Ermənistandakı Rezident Əlaqələndiricisi Şombi Şarp BMT-nın atdığı adımları barədə məlumat verib.

Görüş nəticələrini səhiyyə naziri yekunlaşdırdı. Avet Adonts isə qeyd etdi ki, dipolmatik nümayəndəliklərin iştirakı ilə bu cür görüşlər lazım olduqda mütəmadi olaraq təşik ediləcək”,- deyə bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button