BaşlıcaMədəniyyət

Anton Surean və ya Antonio Hay – Bir erməni Venesiyanı epidemiyadan necə xilas etdi

1575-1577-ci illərdə Venesiyada dəhşətli epidemiya yayıldı, minlərlə insan həlak oldu. Bu epidemiyadan Renessans dönəminin məşhur rəssamlarından biri, 96 yaşlı Titsian da vəfat etdi.


Epideiyanın qarşısını almaq üçün həyata keçirilmiş tədbirlər heç bir nəticə vermədi və epidemiya o qədər yayıldı ki, San Marko sahilində gəmilərdən xəstəxanlar tikildi. Xəstəxana vəba ilə xəstə yüzlərlə insanla dolu idi.

Anton Surean adlı bir erməni epidemiyanın yayılma templərini görüb İtaliya hökumətinə tibbi yardım təklif etdi. O vaxt Venesiya Respubikasında tibbi xidmətləri tənzimləyən qanunlar o qədər sərt idi ki, qanunsuz müalicəçiləri amansızcasına cəzalandırırdılar. Ancaq, hökumət Sureanın hələ 1571-ci ildə gəmi döyüşləri zamanı bir çox yaraıları dərmanlarla müalicə etdiyini və xilas etdiyini bilərək, onun yardım təklifini qəbul etdi və Venesiyanın Dorsoduro məhəlləsinin sakinlərinin müalicəsini ona həvalə etdi. 

1575-ci il iyulun 21-də Surean özünü tamamilə epidemiyaya qarşı mübarizəyə verdi və hazırladığı güclü dərmanla minlərlə insanın həyatını qurtardı


Anton Surean və ya Antonio Hay (İtaiyalılar ona bu adı verdi) bir sıra dərmanların hazırlama sirini bilirdi. Qeyd olunur ki, o bunları elə bir kitabdan oxumuşdu ki, XVI əsrin mədəniyyət mərkəzi olan Venesiyanın həkimləri bundan xəbərsizdi. Bu, Amirdovlat Amasiyatsinin “Usumn Bjşkutean” (1459-cu il) və ya “Angitats Anpet” (1478-82-ci illər) kitabları da ola bilərdi. Amirdovlat Amasiyatsinin “Angitats Anpet” kitabında 3754 dərmanın adı vardır və bu kitab dünyanın əczaçılıq ədəbiyyatında birinci yerindədir.


Anton Surean həyata keçirdiyi iş qarşılığında Venesiya hökumətindən yalnız ömür boyunca pulsuz qidayla təmin edildi. 

Surean hökumətin bu münasibətindən çox incidir. 

1577-ci il iyulun 17-21-də Venesiyada vəba epidemiyasının sona çatdı və hökumət xəbər aldı ki, Surean heç bir qarşılığı olmadan minlərlə insanın həyatını xilas etməklə hətta öz cibindən çox pul xərcləmişdi. Venesiya Respublikası Senatının qərarı ilə Surean təltif olundu, iyulun 17-i isə, Qurtuluş günü elan olundu.

1591-ci il avqustun 22-də 60 yaşında Anton Surean Venesiyada vəfat etdi. O San Martin kilsəsində dəfn edildi. 

Daha çox göstər
Back to top button