
Mənzil proqramı davamlı olacaq və xidmətin keyfiyyətini artırmaq üçün bir stimul olacaqdır. May üçbayramı münasibətilə Artsax Respublikası Müdafiə Ordusunun komandanlığı bir neçə hərbçiyə mənzillər bağışladı. Məlumatı Artsax Respublikası Müdafiə nazirliyinin rəsmi saytı təqdim edir.
“May üçbayramı münasibətilə Şimal istiqamətdə fəaliyyət göstərən hərbi hissələrdən birinin hərbiçilərinə ordu komandanlığı tərəfindən xoş bir sürpriz verildi.
Mayın 10-da Ordu Komandanlığının Tikinti və mənzil məsələləri üzrə müavini Birlik komandiri yeni mənzillərin sertifikatlarını hərbçilərə təhvil verib”- deyə məlumatda bildirilir.
Mənzilə daxil olmazdan öncə tədbir iştirakçıları, məhdud heyətlə Getandan olan azadlıq döyüşçülərinin xatirəsini ehtiramla yad etdilər. Müdafiə nazirliyindən verilən məlumata görə, bu sektorda mənzil proqramı davamlı olacaq və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün əhəmiyyətli bir stimul olacaqdır.







