Başlıcaİctimaiyyət
Ermənistanda daha 180 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 180 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 718-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 48-ə çatıb.
Bildirilib ki, ölkədə indiyədək 1 500 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 149 aktiv koronavirus xəstəsi var. İndiyədək 34 766 test aparılıb.







