
Azərbaycanın sentyabrın 27-də başladığı müharibə cəbhəyə yaxın coğrafi ərazidəki Azərbaycan yaşayış yerləri üçün həmçinin baha başa gəlir.
Tarixşünas Hayk Demoyanın “Armenpress”-lə söhbətində olan məlumata görə, müxtəlif mənbələrə əsasən on minlərlə azərbaycanlının döyüş əməliyyatları səbəbindən xeyli maddi ziyan çəkdiyini və evlərini tərk etmək məcburiyyətində qaldıqları bildirilir.
“Şahumyan bölgəsinin əvvəllər erməni əhalisi olan kəndləri tamamilə boşaldılıb. Cəbhədən uzaq kəndlərin sakinləri bombalama və ya tərk etmək məcburiyyətində qaldıqları üçün ciddi qorxularla evlərini və yaşayış yerlərini tərk etməyə başlamışlar.
Azərbaycan ordusunun mümkün olan geri çəkilməsi vəziyyətində öz evlərini tərk etməyə məcbur olacaqlar”- deyərək Demoyan qeyd edib.
Tarixçi minlərlə azərbaycanlının Tərtər, Naftalan, Xanlar, Daşkəsən, Bərdə, Ağcabədi, Mirbəşir və onlarla yaxın kənddəki yaşayış yerlərini tərk etdiklərini bildirdi.
Bundan əlavə, xeyli sayda azərbaycanlının Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki evlərini tərk edərək, Azərbaycanın daha təhlükəsiz Qərb bölgələrinə köçmək məcburiyyətində qaldı.
“Azərbaycan mətbuat vasitələri bildirir ki, hərbi əməliyyatların bir başa qonşuluğunda olan şəhərlərdə tək-tük kişilər qalıb.
Hərbi əməliyyatların gələcək genişləndirilməsinə paralel olaraq artması ilə, məcburi köçkünlərin yeni axınının artması Azərbaycanın hərbinəfəsli hakimiyyətləri üçün problemlər yaradacaq.
Onlardan çoxu öz yaşayış yerlərinə yalnıız mərmitəmizləmə və bərpaolunma işlərinin başa çatmasından sonra qayıda biləcəklər”-deyərək Demoyan yekunlaşdırdı.







