
Yaxın vaxtlarda ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfəri gözlənilir. Danışıqlar prosesində dəqiqləşdirilməsi lazım olan qeyri-müəyyənliklər var.
Bunu ER parlamentində Baş nazir Nikol Paşinyan bildirib.
“Hazırda masada konkret bir kağız yoxdur, ancaq danışıqlar olmalıdır. Üçtərəfli razılaşmadan başqa heç bir əlavə və ya başqa sənəd yoxdur”,-deyə Paşinyan qeyd etdi.
Girovlar və itkin düşmüş şəxslərin qaytarılması barədə suala Baş nazir cavab verib ki, bu istiqamətdə hər gün işlər aparılır.