
Beynəlxalq hüquq mütəxəssisi Ara Ğazaryan journalist ilə söhbətində erməni əsirlərinin geri qaytarılması məsələsinə toxundu.
Onun sözlərinə görə, bu işlər Avropa İnsan Haqları Məhkəməsində uzun bir məhkəmə mərhələsinə daxil olduğu üçün məhkəmə prosesi dayanmamışdır.
“Və bir müddət sonra bir qərar veriləcək və məhkəmənin daha aktiv hərəkət edəcəyini düşünürəm. Konkret qərarların qəbul edilməsi lazımdır, əks halda yeni inkişaflar ola bilər.
AİHM -də icraat ümumiyyətlə uzun çəkir, işlər növbəylə araşdırılır.Bu istiqamətdə heç bir tendensiya yoxdur “-deyərək o, qeyd edib.
Ara Ğazaryan, uzun illər Bakıda məhkum edilmiş əsirlərin məhkəmələrinə toxunaraq deyib:”Mən əminəm ki, heç kim sona qədər cəzalandırılmayacaq. Siyasi şərtlər uyğun gəlsə, tətbiq oluna biləcək fərqli mexanizmlər var, cəza müddəti bitməmiş geri dönəcəklər”- deyərək o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qəbul etdiyi proses qəbuledilməz olduğu üçün Azərbaycana qarşı beynəlxalq reaksiya sərtləşəcək. Hətta sanksiyalar da tətbiq oluna bilər.
“Avropa Məhkəməsinin hökmünə əməl etmədiyinə görə Avropa Şurası daxilində sanksiyalar tətbiq oluna bilər. Amma bu uzun bir prosesdir”.
Ara Ğazaryan eləcə də, Rusiya Xarici işlər naziri Lavrovun o bəyanatına toxunub ki, noyabrın 9-da olan sənəddə söz o hərbi əsirlərdən gedir kimlər ki, hazırkı anda əsirlikdədir.Amma atəşkəsdən sonra əsir götürülən şəxslər barədə söz yox idi.
“Onlar deyirlər ki, hərbi əməliyyatlarda iştirak edən və əsir götürülən hərbi qulluqçular gərək hərbi əməliyyatlardan sonra dərhal geri aytarılmalıydı.
Azərbaycan cinayət törətdiklərini bəyan edərək, bəzi insanların işlərini humanitar hüquq mühitindən çıxarmaq üçün saxta tezis irəli sürdü deməklə ki, onlar cinayətkarlıq edib.
Ancaq konkret hansı cinayəti törətdiklərini tədim etmir.Bilirik ki, belə bir şey mümkün deyil, çünki hərbi əməliyyatda iştirak etmək cinayət deyil.
Mən məhz atəşkəsdən sonra əsir götürülən hadisələri nəzərdə tuturam. Bu o deməkdir ki, problem artıq adi cinayət prosesi, cinayət hüququ normaları ilə həll olunur, burada da heç bir əsas yoxdur, bu adamlar heç bir cinayət törətməyiblər.
Odur ki,onlar sadəcə geriqayıtmalıdır. Və onlar qanunsuz olaraq azadlıqlarından məhrum edilmiş insanlardır.
Onlar daha çox müdafiə olunur, Azərbaycan qanunları – cinayət hüququ, cinayət prosessual hüququ, beynəlxalq normalar, Avropa İnsan Haqları Konvensiyasının normaları ilə qorunur, çünki Azərbaycan onları hərbi əsir kimi təqdim etmir,cinayət törədənlər kimi əks edir.
Bu halda ittihamın konkret hansı faktlarla bağlı olduğunu göstərmək lazımdır. Göstərilmir, yalnız xarici aləm ilə ünsiyyət qurmaq və bu prosesə ictimai nəzarət qurmaq üçün proseslərin açıq olmadığı deyilir.
Nəticə etibarilə, faktlar olmadıqda, bu insanların həm əsir, həm də əsir olduğu iddiası qalmaqdadır. Əgər onlar əsirdirlərsə, mühakimə olunmadan təhvil verilməlidir” – deyərək o, qeyd edib.







