BaşlıcaSiyasət

İşxan Sağatelyan müxalifətin küçə mübarizəsini yenidən başlayacağını elan etdi

ER parlamentinin vitse-spikeri, “Hayastan” (“Ermənistam”) fraksiyasının deputatı İşxan Sağatelyan müxalifətin küçə mübarizəsinin yenidən başlayacağını bildirdi.

“Ölkəmizin üzləşdiyi çağırışları və təhdidləri yalnız parlament fəaliyyəti ilə neytrallaşdıra bilmərik”,-deyə Sağatelyan jurnalistlərlə keçirdiyi brifinqdə qeyd edib ki, 26 sentyabrda yürüş, sonra bir çox aksiyalar olacaqdır.

Deputat bildirib ki, oktyabrdan etibarən “Hayastan” fraksiyasının deputatları regional səfərləri bərpa edəcəklər.

“Sentyabrın 27-dən noyabrın 9-dək planlaşdırılan bir çox tədbir var”,- Sağatelyan əlavə edib.

Daha çox göstər
Back to top button