BaşlıcaSiyasət

Baş nazir ER Milli azlıqlar günü münasibətilə təbrik məktubu göndərib

Baş nazir Nikol Paşinyan Ermənistan Respublikasının Milli azlıqlar günü münasibətilə təbrik məktubunu göndərib:

Orada deyilir:

“Hörmətli Ermənistan Milli azlıqlarının nümayəndələri,

sevimli həmvətənlər,

2021 -ci il martın  3-də  Ermənistan Respublikası parlamenti tərəfindən”Bayramlar və  xatirə günləri barədə”  qəbul edilən qanun dəyişikliyinə uyğun olaraq, oktyabrın ilk bazar günü qeyd olunan yeni bir bayram, Ermənistan Respublikasının Milli azlıqlar günü təsbit edildi.

Ermənistanın Milli azlıqları dünya xalqlarının bizim  sakinlər arasında bir hissəsidir.

Onların  özünəməxsus davranışlarını, mədəniyyətini və həyat tərzini ölkəmizə gətirdilər, çətin və xoşbəxt günlərimizdə bizimlə yanaşı  duraraq  bu ölkənin sadiq vətəndaşları oldular.

Dilinizi, milli dəyərlərinizi və mədəniyyətinizi qoruyub inkişaf etdirməklə siz həm də Ermənistanın mədəniyyət  müxtəlifliyini zənginləşdirirsiniz.

Ermənistanın bütün milli azlıqlarının nümayəndələrini bu bayram münasibətilə ürəkdən təbrik edir,  möhkəm cansağlığı, sülh, tərəqqi və uğurlar arzulayıram”.

Daha çox göstər
Back to top button