
Azərbaycanda təcili olaraq erməni dilini öyrənməyə başlayıblar. Dillər Universitetində xüsusi kurslar fəaliyyətə başlayıb. Bu haqda Sputnik Azərbaycan xəbər verir.
Qafqazşünaslıq kafedrasının müəllimi Hüseyn Əsgərov etiraf edir ki, kurslarda iştirak etmək üçün hər kəsi qeydiyyatdan keçirməyi çatdıra bilmir.
Bildirilir ki, dinləyicilər əsasən dövlət təhlükəsizliyi xidmətinin, Xarici işlər nazirliyinin əməkdaşları, sərhədçilər və jurnalistlərdir.
Dərslər yalnız tələbələr üçün pulsuzdur. Digərləri üçün kursun aylıq qiyməti 60-120 manat (35-70 dollar) arasında dəyişir.
“Biz gələcəkdə universitetdə daha təkmil erməni dili kursları açmağı planlaşdırırıq” – deyərək Əsgərov bildirib.
Əsgərov erməni dilini uşaqlıqdan mənimsəyir. O, Ermənistanda doğulub boya-başa çatıb. Qrammatikanı məktədə ikən öyrənib.
Azərbaycanda erməni dili dərslikləri olmadığından onları özü yazaraq hazırlayıb.









