
Dağlıq Qarabağda Rus sülhməramlıları vəziyyətə nəzarət edir, atəşkəs rejiminə riayət olunmasına ilə bağlı tapşırıqları yerinə yetiriblər. Sülhməramlılar Dağlıq Qarabağda kompleks rabitə təlimləri keçiriblər.
Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yaydı.
Təlimlər zamanı mütəxəssislər xüsusi avadanlıq və radiostansiyaları yoxlayıblar, qapalı, dayanıqlı, təhlükəsiz rabitənin təşkili üçün həll yolları hazırlayıblar.
Dağlarda R-448 “Auriga” mobil peyk stansiyası və videokonfrans idarəetmə məntəqələrini yerləşdiriblər.
Mütəxəssislər stansiyaların quraşdırılması, yığılması və tənzimlənməsi normalarını yerinə yetirib, müşahidə məntəqəsi ilə Rusiya sülhməramlı qüvvələrinin komandanlığı arasında fasiləsiz və dayanıqlı əlaqəni təmin etdilər.







