
Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryanın sözlərinə görə, Türkiyə prezidentinin regionda “altı ölkə platforması” yaratmaq üçün təklif etdiyi “3+3” formatı nəticə verməyəcək. Noyabrın 6-da İrəvanda keçirilən “Dəhliz, yoxsa yol? Ermənistanın mövqeyi necə olmalıdır?” mövzusunda ekspert müzakirəsi zamanı politoloq çox fərqli maraqlara malik ölkələrin iştirak etdiyi formatın fəaliyyətini çətin hesab edib.
“Gürcüstan, Rusiya, Türkiyə, İran, Ermənistan və Azərbaycanın eyni vaxtda iştirak edə biləcəyi “3+3” formatı sadəcə işləyə bilməz. Hətta formal olaraq o format olsa da, biz müqavilələrin, sənədlərin, elanların imzalandığını təsəvvür etsək də, hələ də işləməyəcək. Səbəb isə bu 6 ölkənin maraqlarının nəinki üst-üstə düşməməsi, əksinə, əks istiqamətdə olmasıdır. “Rusiya, Türkiyə, İran və digər ölkələrin istədikləri bir-biri ilə ziddir”, – deyə Aleksandr İskandaryab bildirib.
“Belə olan halda bu təşəbbüs niyə irəli sürülür?” sualına cavabında Aleksandr İskəndəryan qeyd edib ki, Türkiyə belə bir addımla Cənubi Qafqazda qərar qəbul edən dövlət kimi öz təsirini yaratmağa və bunu institusional şəkildə etməyə çalışır. Yəni, son Qarabağ müharibəsi zamanı, ondan əvvəl əldə etdiyini institusional formata çevirməyə çalışır”, – deyə politoloq qeyd edib.







