
Bakı Ermənistanın müdafiə naziri Arşak Karapetyanı hədələyib. Xatırladaq ki, ötən gün Ermənistan Müdafiə Nazirliyi Karapetyanın Dağlıq Qarabağ Respublikasına səfəri barədə məlumat yayıb.
Bu məlumat Bakıda əsəbi reaksiyaya, hətta Azərbaycan Müdafiə Nazirliyinin isterikasına səbəb olub.
Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında Karapetyanın səfəri “qanunsuz” və “təxribat” kimi qiymətləndirilib və qeyd olunub ki, bunun məqsədi “regionda sabitliyi pozmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq” olub.
“Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”,-deyə Azərbaycan Müdafiə Nazirliyi təhdid edir.







