
Noyabrın 16-da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyasının Ermənistandakı səfiri Sergey Kopirkin ilə görüşüb.
Görüşdə Ermənistan-Azərbaycan sərhədində hökm sürən vəziyyət diqqət mərkəzində olub. Bu kontekstdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiya prosesinə tez bir zamanda başlamağın vacibliyini vurğulayıblar.
Həmsöhbətlər əvvəllər əldə edilmiş razılaşmanın tam şəkildə həyata keçirildiyini, yəni “hamı üçün” prinsipi əsasında hərbi əsirlərin mübadiləsini təsdiqləyiblər.
Görüş zamanı əlaqə yollarının blokdan çıxarılması məsələsinə toxunulub.







