BaşlıcaBeynəlxalq
NATO-Rusiya dialoqu yanvarın 12-də olacaq

NATO ilə Rusiya arasında planlaşdırılan danışıqlar yanvarın 12-də baş tutacaq.
Bu barədə alyansın baş katibi Yens Stoltenberq məlumat verib.
“Rusiya ilə dialoq, NATO-nun Moskvanın hərəkətləri ilə bağlı narahatlığını nəzərə almaqla, qarşılıqlı faydalı əsasda qurulmalı və NATO-nun avropalı tərəfdaşlarının fikirlərini nəzərə almalıdır”,- deyə o qeyd etdi.
Danışıqlar üç istiqamətdə aparılacaq. 2012-ci il yanvarın 10-da Cenevrədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri səviyyəsində görüş, yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, ertəsi gün isə Vyanada ATƏT platformasının çoxtərəfli görüşü keçiriləcək.







