BaşlıcaSiyasət

Andrey Volkov RF sülhməramlılarının DQ yeni komandanı təyin olunacaq

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinə general-mayor Andrey Volkov rəhbərlik edəcək. Bu barədə https://ru.armeniasputnik.am/ Stepanakertdəki mənbələrdən məlumatlandırılıb.

Komandirin dəyişdirilməsi planlaşdırılan köçürmə çərçivəsində baş verir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.

General-mayor Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin  mayına kimi  Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrinin komandanının müavini olub.

Volkov hazırda Rusiya Müdafiə nazirliyinin Cənub Hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından  Rusiya qəhrəmanı, general-leytenant Gennadi Anaşkin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qoşunlarının komandanı vəzifəsində idi.

Daha çox göstər
Back to top button