
Rusiya Xarici İşlər Nazirliyin “Aravot.am”-ın Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə hərəkətə icazə vermək və ya qadağan etmək hüququ olub-olmasına dair sualına cavab verib.
XİN cavabında qeyd olunub ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il bəyanatına əsasən təmas xətti boyunca və Laçın dəhlizində qoşunların yerləşir.
“ Sazişin 6-cı maddəsinə əsasən, Laçin dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçin dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı beynəlxalq vətəndaşların, o cümlədən beynəlxalq təşkilatların sülhməramlı əməliyyat zonasına səfəri qaydasını müəyyən edib. Bu, Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Xüsusilə, ağlabatan müddət ərzində Rusiya sülhməramlılarına bu cür səfərlər barədə lazımi qaydada məlumat vermək nəzərdə tutulur”- deyə qeyd olunub.







