Başlıcaİctimaiyyət

Ermənistan məhsulları Moskvada keçiriləcək “ProdExpo-2022” beynəlxalq sərgisində nümayiş etdiriləcək

ER İqtisadiyyat nazirinin müavini Arman Xocoyan və Ermənistan Respublikası İqtisadiyyat Nazirliyinin Sənayenin İnkişafı Departamentinin rəhbəri Armen Yeqanyan fevralın 7-9-da Rusiyada işgüzar səfərdə olacaq. Bu barədə məlumat ER hökumətinin e-gov platformasında dərc olunub.

Arman Xocoyan və Armen Yeqanyan Moskvada keçiriləcək “ProdExpo-2022” beynəlxalq qida sənayesi sərgisində iştirak edəcəklər. Ermənistan məhsulları pavilyonla sərgidə təqdim olunacaq.

ProdExpo-2022 Beynəlxalq Qida Sənayesi Sərgisi 7-11 fevral tarixlərində keçiriləcək. Bu, Rusiya və Şərqi Avropada ən böyük beynəlxalq qida və içkilər sərgisidir.

Daha çox göstər
Back to top button