BaşlıcaSiyasət

Soçidə “Azərbaycanın qələbə günü” qeyd olunmayacaq: Bələdiyyə üzr istəyib

Soçi bələdiyyəsinin saytında Azərbaycanın “2020-ci ildə Vətən müharibəsində qələbə günü”nün qeyd edilməsi ilə bağlı dərc olunmuş qərar yalandır, o, artıq çıxarılıb. Bu barədə şəhərin bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl bir sıra Telegram kanalları “Azərbaycanın qələbə günü”nün Soçi 2022 şənliklərinin proqramına daxil edildiyi barədə məlumat yayıb.

Soçi bələdiyyəsi tərəfindən bildirildiyi kimi, bu yazı yalan kimi tanınıb və düşmənçiliyi qızışdırmağa yönəlib. Bələdiyyədən onu da bildiriblər ki, onların mütəxəssisləri yanvarın 5-də, Moskva vaxtı ilə saat 00:17-də bələdiyyənin saytına icazəsiz girişi görüb və dərhal bunun qarşısını alıblar.

Soçi administrasiyası rəsmi şəkildə üzr istəyib və bildirib ki, internetdəki informasiya resurslarını bu cür hadisələrdən daha da qorumaq üçün bütün lazımi tədbirləri görür.

Daha çox göstər
Back to top button