BaşlıcaSiyasət

Avstriyanın Xİ naziri MQ-nun həmsədrlik formatını dəstəkləyir

Ermənistanın Xİ naziri Ararat Mirzoyan  və Avstriyanın Federal Xİ naziri Aleksandr Şallenberqin Xarici işlər nazirliyində təkbətək söhbəti zamanı Ermənistan-Avstriya münasibətləri, eləcə də regional və beynəlxalq hadisələr müzakirə olunub.

Xarici işlər naziri Mirzoyan nazir Şallenberqlə Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və Ermənistan-Türkiyə dialoqu ilə bağlı məlumatlarını bölüşüb.

“Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, cənab Şalenberq ATƏT-in Minsk Qrupu həmsədrlərinin həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini, eləcə də Ermənistanın bütün mövcud humanitar problemlərinin həllinə dəstəyini birmənalı şəkildə alqışlayır və dəstəkləyir.

Məsələ hərbi əsirlərin sayı, mədəniyyət abidələrinin qorunması, əlçatanlıq məsələlərinə aiddir” – deyərək Ermənistanın Xİ naziri jurnalistlərə bildirib.

Xatırladaq ki,Avstriyanın Avropa məsələləri üzrə Federal naziri Aleksandr Şalenberq fevralın 2-3-də Ermənistana işgüzar səfərə gəlib.

Səfər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi, onlara keyfiyyətcə yeni təkan verilməsi məqsədini daşıyır.

 Ermənistan-Avstriya tərəflərinin geniş tərkibdə görüşündən sonra Xarici işlər naziri Ararat Mirzoyanın  və  nazir Şallenberq ilə təkbətək söhbətindən sonra nazirlər birgə mətbuat konfransıyla çıxış edib.

Daha çox göstər
Back to top button