ArtsaxBaşlıcaSiyasət

Ermənistran Ombudsmanı Arstaxda səfərdə idi

Fevralın 14-16-da Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyan artsaxlı həmkarı Geğam Stepanyanla birlikdə 44 günlük müharibədən sonra Artsax Respublikasının Tağavard, Karmir Şuka, Ağavno, Xramort və bir sıra digər kəndlərində insan hüquqları ilə bağlı faktlar toplayıb.

Ombudsman bildirdi ki, Tağavard və Karmir Şuka kəndlərində demək olar ki, hər gün kənd istiqamətində atəş açılır. Bir neçə gün əvvəl, fevralın 11-də Azərbaycan silahlı qüvvələri yaşayış evlərini atəşə tutub.

Tağavarddakı orta məktəb birbaşa Azərbaycan hərbi mövqelərinin hədəfindədir. Müəllimlərlə, uşaqlarla təkbətək söhbətlərdən, müzakirələrdən məlum olub ki, məktəb istiqamətində atəş açılır.

“Artsaxda olduğumuz müddətdə Azərbaycanın cinayət əməllərinə birbaşa əmin olduq. Fevralın 15-də saat 15:30 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Askeran rayonunun Xramort kəndində kənd təsərrüfatı işləri ilə məşğul olan insanlara atəş açıb, nəticədə traktor zədələnib”,- deyə Ombudsman yazdı.

Aydındır ki, Azərbaycan hakimiyyəti dinc əhalini qorxutmaq, ümidsizlik mühiti yaratmaq kimi sistemli və məqsədyönlü cinayətkar siyasət yürüdür.

Azərbaycan silahlı qüvvələrinin yerləşdiyi bütün yerlərdə insanların təhlükəsizliyi pozulur, həyatı real təhlükə altındadır. Bütün faktlar sübut edir ki, Azərbaycan silahlı qüvvələrinin mülki əhaliyə qarşı cinayət əməlləri həm Ermənistanda, həm də Artsaxda eyni xarakter daşıyır, Artsaxda aqressiv təzahürlər göstərir.

Bizə aydındır ki, bütün bunların əsasında həm Ermənistan, həm də Artsaxa qarşı Azərbaycan hakimiyyətinin ermənilərə qarşı nifrət və düşmənçilik siyasəti dayanır.

Daha çox göstər
Back to top button