BaşlıcaSiyasət

Azərbaycan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan barəsində axtarış elan edib

Azərbaycan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan barəsində axtarış elan edib

“Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa verilib” – deyə Azərbaycan Hərbi prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Emil Tağıyev bildirib.

Onun sözlərini Azərbaycan mətbuatı sitat gətirir.

O, qeyd edib ki, 1988-ci ilin fevralından Koçaryan və Sarkisyan Azərbaycan və Ermənistan xalqları arasında milli ədavət və nifrət salmaq məqsədilə Qarabağda fəaliyyət göstərən təşkilat və qurumların erməni işçilərinin mitinqlərini təşkil edib.

“Onlar Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu təbliğ etdikcə, o cümlədən azərbaycanlıların həmin ərazilərdən qovulmasına, evlərinin yandırılmasına çağırış etdikləri üçün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunublar”-  deyərək o, qeyd edib.

Azərbaycan prokurorunun açıq-aşkar yalan danışması, iki keçmiş prezidentə heç vaxt demədiklərini – azərbaycanlıların həmin ərazilərdən qovulmasını, evlərinin yandırılmasını isnad etməsi bir yana, keçmiş prezidentlərin hansı istiqamətdə axtarışa verildiyi də tam qaranlıq olaraq qalır. Xatırladaq ki, İnterpol siyasi səbəblərlə bağlı axtarışı qəbul etmir.

Daha çox göstər
Back to top button