
Avropa Şurası Nazirlər Komitəsində və AŞPA-da Rusiya üzvlüyünün dayandırılması ilə bağlı səsvermə zamanı bir neçə gün əvvəl Rusiya ilə müttəfiqlik əməkdaşlığına dair 43 bəndlik bəyannamə imzalayan Azərbaycan heç bir şəkildə müttəfiqini dəstəkləməyib. Bu barədə İşıqlı Ermənistan partiyasının lideri Edmon Marukyan öz Facebook səhifəsində yazıb.
“Azərbaycan müttəfiqi Rusiya Federasiyasını yalnız Ermənistanın dəstəyinə buraxıb. Ümid edirəm ki, Rusiya hakimiyyəti bütün bunlardan nəticə çıxaracaq”, – o qeyd etdi.







