
Avropa İttifaqı Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsi aparacaq. “RİA Novosti”yə əsasən, bunu Fransanın maliyyə naziri Bryuno Le Mer bildirib.
Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Qərb ölkələri Moskvaya qarşı yeni sanksiyalar elan ediblər. Avropa İttifaqı Rusiya Bankının ehtiyatları və aktivləri ilə bağlı əməliyyatları qadağan etmək qərarına gəlib. Məhdudiyyətlər böyük maliyyə qurumlarına da təsir edib.
İndi bəzi şirkətlər xaricdən kapital cəlb etməkdə çətinlik çəkirlər.
Almaniya Federativ Respublikası “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırıb.
Avropa İttifaqı ittifaq ölkələrinin ərazisindən uçuşlara qadağa qoyub, şirkətlər Rusiyaya təyyarə və ya onlarda istifadə olunan ehtiyat hissələrinin tədarükünü dayandıracaq.
Moskva sanksiyalara və biznesi dəstəkləməyə hazır olduğunu bildirib.







