
Fevralın 28-də BMT-nin İnsan hüquqları şurasının Cenevrədə keçirilən yüksək səviyyəli sessiyası çərçivəsində Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi ilə görüşüb.
Həmsöhbətlər Ermənistanla BMT-nin Qaçqınlar üzrə Ali komissarlığı arasında yaradılmış dialoqdan məmnunluq bildirib.
Nazir Mirzoyan qeyd edib ki, məcburi deportasiyanın bilavasitə təsirinə məruz qalan ölkə kimi Ermənistan həmişə BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının məcburi köçkünlük qurbanlarının hüquqlarının müdafiəsi istiqamətində səylərini dəstəkləyib.
44 günlük müharibədən sonra Dağlıq Qarabağda yaranmış humanitar məsələlərə istinad edilib.
Nazir Mirzoyan həmkarının diqqətini Azərbaycanın təcavüzü nəticəsində öz yurd-yuvalarından məcburi köçkün düşmüş Artsax ermənilərinin geri qayıtması, hüquqlarının müdafiəsi üçün şərait yaradılmasının zərurili üzərinə cəlb etdi.
ER Xarici işlər naziri Ararat Mirzoyan beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali komissarlığı tərəfindən Artsaxda humanitar missiyaların həyata keçirilməsinə xüsusi əhəmiyyət verib, bu məsələnin Azərbaycan tərəfindən siyasiləşdirilməsini və süni maneələr yaratmasını qəbuledilməz hesab edib.







