BaşlıcaSiyasət

Makron Paşinyanı Ermənistan-Fransa əməkdaşlıq forumunda iştirak etmək üçün martın 9-da Parisə dəvət edib

Fransa prezidenti Emanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanı martın 9-da Ermənistan-Fransa əməkdaşlıq forumunda iştirak etmək üçün Parisə dəvət edib. Bu barədə Fransanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Fransa prezidentinin məktubunda fransız və erməni xalqları arasında əsrlər boyu mövcud olan sıx dostluq sayəsində iki ölkə arasında son üç onillikdə güclü, çoxşaxəli, gələcək üçün perspektivli tərəfdaşlıq qurduğunu vurğulanıb.

“Mən şadam ki, iqtisadi əməkdaşlıq üçün yol xəritəsinin qəbul edilməsi, Ermənistana epidemiya böhranı ilə mübarizədə kömək etmək üçün peyvənd dozalarının verilməsi, eləcə də bu yaxınlarda Ermənistanda Fransız İnstitutunun təsis edilməsi sayəsində siyasi, mədəni və iqtisadi əlaqələrimiz möhkəmlənməkdə davam edir

Bu günü qeyd etmək, ümumi ambisiyamızı həyata keçirmək üçün mən martın 9-da Parisdə Fransa-Ermənistan əməkdaşlığına həsr olunmuş forum təşkil etmək istədim”,-deyə o əlavə etdi ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etmək münasibətilə Paşinyanı Parisdə qəbul etməkdən şad olacaq.

Fransa prezidenti qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün deeskalasiya tədbirlərinin qəbulu və həyata keçirilməsinə nail olmaq üçün həm ikitərəfli, həm də ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Fransanın qətiyyətli səfərbərliyinə arxalana bilər.

“İnanın ki, Fransa müasir dünyanın çoxsaylı çağırışlarına cavab vermək üçün gələcək illərdə tərəfdaşlığımızı gücləndirməyə tam sadiq olacaq. Cənab Baş nazir, xahiş edirəm, mənim ən yüksək ehtiramımı qəbul edin”, – Makron bildirib.

Daha çox göstər
Back to top button